Qadin.NET / Azərbaycanlı gəncdən unikal addım

Azərbaycanlı gəncdən unikal addım

 

Azərbaycanlı gəncdən unikal addım

Beynəlxalq Avrasiya Mətbuat Fondunda milli ay adlarımızın təqvim təqdimatı keçirilib. ANS PRESS-in məlumatına görə, 2015-ci ilin təqvimləri araşdırmaçı-jurnalist Tural Turanın "Türk kökənli milli ay adlarımıza qayıdış" tədqiqat məqaləsi əsasında hazırlanıb. Məqalə Türkiyənin Ankara şəhərində “Avrasiya-Turan”Araşdırmaları Mərkəzinin “Özkökə qayıdış – dünənin izi ilə” məqalə yarışmasında birinciliyi qazanıb. Bu yarışma Türkiyənin Ankara şəhərində “Avrasiya-Turan” araşdırmaları mərkəzinin “Özkökə qayıdış – dünənin izi ilə” məqalə, şeir və hekayə müsabiqəsi əsasında gerçəkləşib. 
Tədbiri tanınmış jurnalist Vəli Əkbər açıq elan edərək Tural Turanın bu işinin təqdirəlayiq olduğunu bildirib: "Ümid edirik ki, bu kimi layihələr ortaq türk mədəniyyətinə önəmli töhvələr verəcək. Türk topluluqlarının yaxınlaşmasında mühüm rol oynayacaq. Bu proseslərin baş verməsi tarixi zərurətdir". 
Təqdimat mərasimində çıxış edən Tural Turan bildirib ki, təqvim Türkiyədə hazırlanıb. Onun sözlərinə görə, milli və ortaq təqvim məhdud sayda da olsa yeddi türkdilli respublikalara da göndərilib. Araşdırmaçı təqvimin bütün xərclərini bir türk şirkəti öz üzərinə götürdüyünü bildirib. Daha sonra iştirakçılar təqvim haqqında fikirlərini və tövsiyələrini səsləndiriblər. Çıxış edənlər layihənin daha geniş aspektdə ictimailəşdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Tədbirdə çıxış edən tanınmış ziyalı Umud Rəhimoğlu bu ay adlarının bir çoxunun ahıl, yaşlı insanların yaddaşında hələ də ilişib qaldığını söyləyərək bu ay adlarının yenidən ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğulamışdır. Tədbirdə tələbələr, gənc yazarlar, ictimaiyyət və media nümayəndələri də iştirak etmişlər.
Təqdimatın sonunda iştirakçılar xatirə şəkili çəkdiriblər.

 

Mənbəə: ANS PRESS

13 yanvar 2015
GO BACK