
Sorğuda FİFA üzvü olan 182 ölkənin milli komandalarının baş məşqçiləri, kapitanları və bu ölkələrdən olan jurnalistlər iştirak edib.
Qeyd edək ki, əvvəlcə 23 nəfərdən ibarət olan namizədlər siyahısı daha sonra 3 nəfərə endirildi ki, bu “üçlük”də də məhz Kriştianu Ronaldu, Lionel Messi və Manuel Noyer yer almağı bacardı.
Namizədlərdən 29 yaşlı Ronaldu “Qızıl top”u iki dəfə - 2008 və 2013-cü illərdə qazanmışdı. 27 yaşı olan argentinalı forvard Messi isə 4 dəfə - 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı seçilmişdi. Noyerin isə analoji uğuru yox idi. Hətta o, karyerasında ilk dəfə mükafata namizədlər arasına düşmüşdü.
Mənbə: Milli.Az