Rusiyaya gedənlərə bəd xəbər
Əcnəbi vətəndaşlar Rusiyada qalma qaydasını pozsalar, 10 il ərzində bu ölkəyə daxil ola bilməyəcəklər.ANS TV-nin məlumatına görə, Rusiya Federasiyası miqrasiya qanunvericiliyində edilmiş və yanvarın 10-dan qüvvəyə minən dəyişikliklər bunu nəzərdə tutur. Edilən dəyişikliyə görə, Rusiya ərazisində qalmaq üçün təyin olunan 180 gün müddətini pozan xarici vətəndaşa 5 il ölkəyə giriş yasaqlanacaq. İcazə müddətini 180 gündən çox pozan şəxs isə 10 il müddətinə deportasiya olunacaq.Yanvarin 1-dən Rusiyada miqrantların əmək fəaliyyətini tənzimləyən qanuna edilən dəyişikliklər də qüvvəyə minib. Qanuna görə, xarici vətəndaş Rusiyada işləmək üçün əmək patenti almalıdır. İşləmək məqsədilə gələn əcnəbi Rusiya ərazisinə daxil olarkən, ölkəyə gəlişinin məqsədini göstərməlidir. Bundan sonra isə o, bir ay müddətində əmək patentini əldə edə bilər.Xarici vətəndaş rus dili və tarixindən də imtahan verməlidir. Bu qanunun qüvvəyə minməsindən sonra Rusiya gələn miqrantların sayında azalma baş verib.
Mənbə: ANS PRESS
12 yanvar 2015
GO BACK