Qadin.NET / Azərbaycanda sərnişindaşıma bahalaşdı

Azərbaycanda sərnişindaşıma bahalaşdı

Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 1 faiz, sərnişindaşıma taarifləri isə 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Lent.Az-a verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma taariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Mənbə: Milli.Az

12 yanvar 2015
GO BACK