Qadin.NET / Qorxuludur, yoxsa faydalı?

Qorxuludur, yoxsa faydalı?

 


Yaşadığımız zəmanədə evlərin və ofislərin çoxunda mikrodalğalı sobalar var. Onun faydalı olduğunu da deyirlər, zərərli olduğunu da. Biz mikrodalğalı sobalar ilə bağlı tamam fərqli məsələyə toxnacağıq.
Milli.Az-ın məlumatına görə, mütəxəssislər bir neçə səbəbə görə mikrodalğalı sobanı faydalı sayırlar:
1. Yeməyi tez bir zamanda hazır eləmək olur. Bununla qida az termik emala məruz qalır. Bu səbəbdən də qidadakı faydalı maddələr qorunur. Tərəvəzlər üçün 5 dəqiqə kifayət edir. Tərəvəz bişsə də, bütün faydalı vitaminlərini saxlayır.
2. Mikrodalğalı sobada plastik qabları dezinfeksiya etmək olar. Bağırsaq çöbləri bu cür səthlərdə rahat inkişaf edirlər. Mikrodalğalı sobada bu qabları beş dəqiqə qızdırmaq kifayət edir ki, bütün bakteriyalar məhv olsun.
3. Mayalı xəmiri bu avadanlıqda da sürətli köpürtmək olar. Bundan başqa, kristallaşmış bal da sobada yeni vəziyyətinə qayıdır.
4. Mikrodalğalı soba hətta ömrünü bitirmiş kosmetikanı da həyata qaytara bilər. Misal üçün qurumuş tuşu mikrodalğalı sobada beş dəqiqə qoymaqla onu yenidən maye halına gətirmək olur.

Mənbə: Milli.Az

 

12 yanvar 2015
GO BACK