Dünən Parisdə "Respublika Marşı" və "Vəhdət Marşı" adlandırılan aksiya keçirilib. Aksiya 17 nəfərin ölümünə səbəb olmuş terakt qurbanlarının anımı idi.Milli.Az AFP-yə istinadən bildirir ki, Fransa paytaxtındakı marşa 1,6 milyon insan qatılıb. Şənbə günü isə Fransanın müxtəlif şəhərlərində keçirilmiş nümayişlərdə 720 min insan iştirak etmişdi.
Parisdəki marşda çox ciddi təhlükəsizlik tədbirləri vardı, çünki nümayişə 50 ölkədən dövlət və hökumət başçıları qatılmışdılar.
Fransa DİN-dən verilən məlumata görə, marş ölkə tarixinin ən böyük aksiyası olub.
Marşda iştirakçıların təhlükəsizliyini minlərlə polis və hərbçi təmin edib. Kütlənin arasında sivil geyimli detektivlər, damlarda isə snayperlər vardı.Dövlət və hökumət başçılarının olduqları əsas kolon Respublika meydanından Volter bulvarı ilə Millət meydanına yürüyüb. BFMTV telekanalı saytında marşı birbaşa translyasiya edib, Twitter-də isə marş barədə məlumatlar "#MarcheRepublicaine" heşteqi ilə yayılıb.

Marş iştirakçıları əllərində Fransa bayraqları ilə yanaşı, böyük karandaşlar və qələmlər tutmuşdular. Bu minvalla onlar terakt qurbanlarının "Charlie Hebdo" jurnalının karikaturaçı rəssamlarının olduqlarını nəzərə çatdırıblar.
İştirakçılar "Charlie, Charlie!" qışqırıblar, "Marselyoza" oxuyublar.
İştirakçılar "Charlie, Charlie!" qışqırıblar, "Marselyoza" oxuyublar.
Paris tarixində ilk dəfə olaraq məhz bu marşda aksiya iştirakçıları meydana gələn polisləri söyüşlər, daş və butulkalarla yox, alqışlarla qarşılayıblar.
Fransada bazar günü ölkənin müxtəlif yerlərindəki marşlara qatılanların ümümi sayı isə 3,6 milyon nəfəri keçib.
Bordoda küçələrə 140 min, Renndə - 115 min, Qrenoblda - 110 min, Brestdə - 65 min, Marseldə - 60 min, Klermon-Ferranda - 50 min, Nansidə - 50 min, Monpelyedə - 47 min, Tulon, Mets, Strasburq və Anjer şəhərlərinin hər birində isə təqribən 45 min nəfər çıxmışdı.

"Charlie Hebdo" jurnalının redaksiyasına hücum yanvarın 7-də olmuşdu. Teraktda jurnalın 10 əməkdaşı və binanı qoruyan 2 polis əməkdaşı həlak olmuş, 11 nəfər yaralanmışdı. Hücum edənlər üç nəfərdi. Onlardan biri elə həmin gün təslim olub. Şərif və Səid Kuaşi qardaşları isə aradan çıxsalar da, yanvarın 9-da Parisdən 60 km şimalda aşkarlanmış, xüsusi əməliyyat nəticəsində məhv olunmuşdular.Elə yanvarın 9-da Parisdə 32 yaşlı islamçı Amedi Kulibali koşer məhsullar supermarketində insanları girov götürmüşdü. Xüsusi təyinatlı polis terrorçunu məhv edənədək Kulibali dükanda 4 girovu güllələmişdi."Fantastik Fransa! Mənə dedilər ki, Parisdə sayımız 1,5 milyon nəfər olub", - marşın təşkilatçılarından biri, Fransa parlamentinin üzvü Fransua Lami Twitter-dəki akkauntunda yazıb.
Mənbə: Milli.Az