Qadin.NET / Parisə yürüşə gələn baş nazir yıxıldı

Parisə yürüşə gələn baş nazir yıxıldı

 

"Qafqazinfo"Euronews-a istinadən xəbər verir ki, hadisə baş nazirin Fransa prezidentinin Yelisey iqamətgahından çıxdığı zaman baş verib. Ayağı burxulan Torninq-Şmitt jurnalistlərin onu gözlədiyi sarayın önündə yıxılıb. Maraqlısı budur ki, bu, Yelisey sarayı qarşısında baş nazirin başına gələn ilk hadisə deyilmiş: “Bu, artıq ikinci belə hadisədir. Bir dəfə mən bu pilləkanlarda öz ayaqqabımı itirmişdim. Qəribədir... Narahat olmayın, hər şey qaydasındadır”, - deyə baş nazir jurnalistlərə bildirib. Yıxılan zaman onun yanında ölkənin müdafiə naziri Nikolai Vammen və ədliyyə naziri Mette Frederiksen olub. Onlar Torninq-Şmittə qalxmaqda kömək ediblər. 
Mənbə: Milli.Az

 

12 yanvar 2015
GO BACK