Qadin.NET / Bakıda dilənçi əməliyyatı

Bakıda dilənçi əməliyyatı

Bakıda diləçilərə qaraşı növbəti əməliyyat keçirilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB PPXB, Nərimanov RPİ PPXB 18-ci PB, Nəsimi RPİ 19-cu PB, Nəsimi RPİ 20-ci PB, Nəsimi RPİ 22 ci PB əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən şəxslər saxlanılıb. Onların ümumi sayı 29 nəfər (7 kişi, 6 qadın, 16 azyaşlı) olub. Saxlanılanlar barəsində inzibati qaydada tədbir görülüb. Qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.
Mənbə: ANS PRESS
12 yanvar 2015
GO BACK