Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində güclü atışmanın baş verməsi barədə məlumat yayıb.Məlumatda bildirilir ki, atışma saat 17:30-da Bağanıs kəndi yaxınlığında başlanan atışmada hər iki tərəf bir hərbçisini itirib. ANS PRESS xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı virtualaz.org saytına açıqlamasında bunun erməni tərəfinin növbəti yalanı olduğunu bildirib:
"Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır. Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzaərət edir”.
Mənbə: ANS PRESS