Qadin.NET / "Feyenoord"un forvardı Bakı "İnter"inə gəlir

"Feyenoord"un forvardı Bakı "İnter"inə gəlir

Milli.Az Sports-a istinadən bildirir ki, "Feyenoord"un keçmiş hücumçusu Ruben Sxaken karyerasını Bakı "İnter"ində davam etdirəcək. Bu barədə De Telegraaf məlumat yayıb.Bir həftə əvvəl Sxaken oyun praktikasının az olması səbəbilə "Feyenoord"la müqaviləsini pozub və azad agentdir.  "İnter"də Sxaken yerlisi, fiziki hazırlıq üzrə məşqçi işləyən Roland Vroomansla çalışacaq. 
"Əla formadayam və yeni macəralara hazıram", - 32 yaşlı hollandiyalı deyib.

Mənbə: Milli.Az

11 yanvar 2015
GO BACK