Qadin.NET / Bakıda qış bitdi?

Bakıda qış bitdi?

Azərbaycan sinoptikləri həftənin ilk iş gününün hava proqnozunu açıqlayıblar.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən Trend-ə bidiriblər ki, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0 dərəcəyə yaxın isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

11 yanvar 2015
GO BACK