Qadin.NET / İpoteka kreditlərinin verilməsi qaydalarında

İpoteka kreditlərinin verilməsi qaydalarında

 

İpoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində fəaliyyət 2015-ci ildə də davam etdiriləcək. Bu istiqamətdə öyrənilmiş dünya təcrübələri əsasında hökumətlə birlikdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanlarına baxılacaq.

 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Sosial ipotekanın əhatəsinin genişləndirilməsi də mühüm prioritetdir. İpoteka kreditləşməsi prosesinin sadələşdirilməsi məqsədilə “Elektron ipoteka” sisteminin imkanlarından istifadə ediləcək.
Bəyanatda qeyd edilir ki, bu il vətəndaşların ipoteka kreditlərinə elektron müraciət imkanı yaradılacaq. Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması, ipoteka kreditləri üzrə zəmanət mexanizminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək.
Mənbə: Milli.Az
11 yanvar 2015
GO BACK