Qadin.NET / Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycanda yaxın iki gün ərzində mülayim hava şəraiti müşahidə ediləcək. Bu müddətdə gündüz saatlarında havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlsə də, gecələr havanın şaxtalı olması davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti müşahidə ediləcək.Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq

Mənbə: Milli.Az

10 yanvar 2015
GO BACK