Qadin.NET / 8 mindən çox adam öldü

8 mindən çox adam öldü

 

8 mindən çox adam öldü

“Ebola” virusundan ölənlərin sayı səkkiz min nəfəri ötüb.ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 8 289 nəfər olduğu bildirilib.
Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 20 792 insan təşkil edib.
Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Liberiyada 8 263 yoluxma faktından 3 515, Syerra Leonedə 10 030 yoluxma faktından 2 977, Qvineyada isə 2 793 yoluxma faktından 1 797 insan ölümü qeydə alınıb. 
Ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
Qeyd edək ki, Dünya Bankının ekspertlərinin hazırladığı son məruzədə Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım olduğu bildirilir.

Mənbə: ANS PRESS

 

10 yanvar 2015
GO BACK