“Fransa hökuməti terror təhlükəsi ilə qarşı-qarşı qalmağa davam edəcək.” ANS PRESS-in məlumatına görə, bu sözləri Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama Parisdəki hücumlarla əlaqədar danışarkən deyib. “Fransız nümayəndələrin bu sahədəki professionallığı sayəsində təhlükənin sona çatdığını ümid edirik, amma Fransa hökuməti terror təhlükəsi ilə qarşı-qarşıya qalmağa davam edəcək. Buna görə də fransız səlahiyyətlilər gücləndirilmiş işrehimində qalmağı davam etdirməlidir” – deyə ABŞ prezidenti bildirib.O, bu barədə Tennesi ştatına səfəri zamanı çıxışında səsləndirib. Bundan başqa, B.Obama ölkəsinin Fransa ilə yaxın təmasda olduğunu, bu sahədə lazımi dəstəyi göstərəcəklərini vurğulayıb.
Mənbə: ANS PRESS