Qadin.NET / Neft qiymətlərindən son məlumat

Neft qiymətlərindən son məlumat

 

Neft qiymətlərindən son məlumat

Qlobal neft qiymətləri bu cümə günü də 89 sent ucuzlaşaraq bir barrel üçün 50 dollarda qərarlaşıb.ANS PRESS-in məlumatına görə, bu 2009-cu ilin aprelindən bəri ən aşağı həddir.Birjalarda gün ərzində qiymət hətta 49 dollara enib.ABŞ-da da xam neftin qiyməti ucuzlaşaraq bir barrel üçün 48, 36 dollar olub.“Wood Mackenzi”e neft təhlili firmasının verdiyi məlumata görə neftin qiyməti hətta 40 dollara ensə belə istehsalın itkiləri cəmi 2 faiz təşkil edəcək.
Firmanın analitiki Robert Plummer deyib ki, istehsalçılar üçün istehsalı dayandırmaqdansa, bir qədər ziyanla da olsa işləmək daha sərfəlidir.

 

Mənbə: Milli.Az

10 yanvar 2015
GO BACK