Silahlı Qüvvələrin Hospitalında uğurlu əməliyyat
Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ağır miokard infaktı diaqnozu ilə daxil olan xəstə Vasif Xanışova Hospitalın Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.ANS PRESS Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, xəstə hərbi tibb müəssisəsinə təxliyə olunduqdan sonra onun üzərində təcili anjioqrafik müayinə və aorta koronar şuntlama əməliyyatı icra olunub. Xəstənin həyati təhlükəsi aradan qaldırılaraq müalicəsi uğurla davam etdirilib və hospitaldan bu gün kafi vəziyyətdə evinə buraxılıb.Digər bir xəstə Elman Muradzadə isə "hər iki ağciyər arteriyasının ağır (massiv) tomboemboliyası və sol aşağı ətrafın bütün venalarının tamamən trombozu" diaqnozu ilə ağır vəziyyətdə hospitalın Ürək-Damar Mərkəzinə təxliyə olunub.Xəstəyə ağciyər tromboemboliyasında dünyada ən müasir müalicə üsulu olan gücləndirilmiş ultrasəs dalğaları və selektiv trombolizis proseduru həyata keçirilərək (EKOS) ağciyərdəki və aşağı ətrafdakı tromblar 18 saat ərzində əridilərək uğurlu nəticə əldə edilib.Müalicəsi uğurla başa çatdırılan E.Muradzadə də kafi vəziyyətdə evinə yazılıb.
Mənbə: ANS PRESS
9 yanvar 2015
GO BACK