Qadin.NET / AZAL-dan siqaret qadağası

AZAL-dan siqaret qadağası

 

AZAL-dan siqaret qadağası

“Azərbaycan Hava Yolları”nın bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağan edilib.ANS PRESS-in “Azərbaycan Hava Yolları”na istinadla verdiyi məlumata görə, həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır.
Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. 
Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) İATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

 

Mənbə: ANS PRESS

9 yanvar 2015
GO BACK