21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumatına görə, baş məşqçi vəzifəsi AFFA prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, Yaşar Vahabzadəyə həvalə olunub. Qeyd edək ki, Yaşar Vahabzadə Bernhard Lippertidən sonra boşalan posta sahib çıxıb.
Yaşar Vahabzadə daha öncə Bernhard Lippertin köməkçisi qismində, həmçinin U-19 milli komandasının baş məşqçisi kimi çalışıb.
Mənbə: ANS PRESS