Qadin.NET / Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə

Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə

 

Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının sayı artırılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir.
Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbə hazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda müəllimlərin sınaq qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub.
Qeyd olunan qruplar Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində pilot məktəbə hazırlıq qruplarının təşkili barədə” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbə hazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” əmrlərinə əsasən yaradılıb.

Mənbə: Milli.Az

 

9 yanvar 2015
GO BACK