Qadin.NET / Bu gün işə necə çatdınız?

Bu gün işə necə çatdınız?

 

Bu səhər yuxudan oyanan hər kəs ilk əvvəl pəncərəyə qaçıb. Axı ötən gün sinoptiklər güclü qar vəd edirdilər. Proqnozlar özünü doğrultdu. Soyuq hava öz işini gördü. 
Bu gün küçələr donmuşdu. Avtobuslar da, taksilər də çətin hərəkət edirdilər. Ən ciddi problem isə vətəndaşların işə gəlməkləri ilə bağlı idi. 
Milli.Az Day.Az-a istinadən bildirir ki, şəhərin içində yaşayanlar elə də çətinlik görmədilər. Əsas çətinliklərlə Bakının ətraf qəsəbələrindən və Sumqayıtdan iş üçün paytaxta yollanan sakinlər üzləşdilər. 
Bəs sizin işə gəlişiniz necə oldu? Nəqliyyat problemi ilə üzləşdinizmi? 
Başınıza gələnləri aşağıdakı şərh bölməsində yaza bilərsiniz. 

Mənbə: Milli.Az

 

9 yanvar 2015
GO BACK