Qadin.NET / Azərbaycanda ən çox qar hardadır?

Azərbaycanda ən çox qar hardadır?

 

Azərbaycanda ən çox qar hardadır?

Ən çox qar Böyük Qafqaza yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 08-i gündüzdən 09-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-11, Naxçıvan MR-da 7-10, Lənkəran-Astara zonasında 8-52, Mərkəzi Aran rayonlarında 2-21, Böyük Qafqazda 6-39 mm, Kiçik Qafqazda 11 mm-dək təşkil edib.Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 26, Böyük Qafqazda 40, Kiçik Qafqazda 9, Naxçıvan MR-da 38, Mərkəzi Aran rayonlarında 8, Bakıda və Abşeron yarımadasında 12 sm-dək olub. Şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi rayonlarda 18-36 m/s-dək güclənib.
Mənbə: ANS PRESS

 

9 yanvar 2015
GO BACK