Qadin.NET / Nazirlikdən əlil uşaqlara xidmət

Nazirlikdən əlil uşaqlara xidmət

 

Nazirlikdən əlil uşaqlara xidmət

Ötən il Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 2769 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 364 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq stasionar və ambulator qaydada bərpa-müalicə xidməti ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, həmçinin 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın Latviya Respublikasında ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Bununla da qeyd olunan dövrdə ƏƏSMN tərəfindən ümumilikdə 3497 nəfər uşaq bərpa-müalicə xidmətinə cəlb edilib. 
Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə xidməti göstərilən ümumilikdə 1226 nəfər uşaqdan 70 nəfərində (5,7 faiz) tam yaxşılaşma, digərlərində isə nisbi yaxşılaşma qeydə alınıb.
Həmin müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlara bərpa-müalicə xidməti göstərilməklə bərabər, onların sosial reabilitasiyası, şəxsiyyətinin korreksiya olunması, əmək terapiyası məqsədi ilə kompleks işlər görülür.

 

Mənbə: ANS PRESS

9 yanvar 2015
GO BACK