Bakının “İnter” futbol komandası Türkiyədə təlim-məşq toplanışı davam etdirir.Klubdan ANS PRESS-ə verilən məlumata görə, toplanışın altıncı günündə “İnter” ilk yoxlama matçına çıxıb.Bakılılar Türkiyənin “İnegölspor” komandasına qarşı keçirdiyi oyunda 4:1 hesabı ilə qalib gəliblər.Paytaxt təmsilçisinin heyətində Nizami Hacıyev, Əfran İsmayılov, Yohan Bokonyano (penalti) və Asif Məmmədov fərqləniblər.
Komandamız növbəti yoxlama oyununu yanvarın 13-də Almaniyanın “Energie Cottbus” kollektivinə qarşı keçirəcək
Mənbə: ANS PRESS