Bakıda yolların buz bağlaması, avtomobillərin hərəkətində problem yaranması orta məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub. Bu barədə Trend-ə Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiriCəsarət Valehov deyib.C.Valehov qeyd edib ki, lakin Bakı məktəbləri fəaliyyətini dayandırmayıb.Dağlıq rayonlara gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda bu rayonlarda vəziyyətin necə olması araşdırılır: “Yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Mənbə: Milli.Az