Qadin.NET / Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı

Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı

 

 

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60 ünvanında yerləşən 1-ci binada istilik sistemi işləmir. Xeyli müddətdir istilik ürəkaçan səviyyədə olmasa da, havalar soyuyandan sonra vəziyyət daha da çətinləşib. İstilik, demək olar ki, yoxa çıxıb.“Azəristiliktəchizat” ASC-nin rəis müavini İlham Mirzəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Qaraçuxur qəsəbəsində istiliklə bağlı problem ola bilməz.
Rəis müavininin sözlərinə görə, yeni qazanxana tikildiyindən abonentlər istiliyi yüksək səviyyədə ala bilir. Ola bilsin, şikayət olan binada daxili problemdir.
İ.Mirzəliyev əlavə etdi ki, abonentlər problem yarandığı zaman "Azəristiliktəchizat"a məlumat versin. Problem dərhal aradan qaldırılacaq. Qurum rəsmisi şikayət daxil olan ünvana da baxış keçirilib araşdırma aparılacağına söz verdi.

Mənbə: Milli.Az

9 yanvar 2015
GO BACK