Amerikalı psixoloqlar "selfie" şəkillərini paylaşan kişilərlə bağlı rəyini açıqlayıb.ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ohayo Universiteti elm adamları ötən ilin əvvəllərindən sosial şəbəkə saytlarında dəb halını alan "selfie" (şəxsin özünü çəkdiyi) şəkilləri ilə bağlı yeni iddialarını açıqlayıblar.
Onların apardığı araşdırmalara əsasən, tez-tez “selfie” çəkib sosial şəbəkədə paylaşan kişilərdə psixoloji pozğunluqlar var. Onlar 18-40 yaş arası 800 kişi üzərində aparılan müşahidədən sonra bu nəticəyə gəliblər.
Araşdırmalarını “Personality and Individual Differences” adlı jurnalda yayımlayan psixoloqların fikrincə, öz “selfie”lərini mütəmadi olaraq internetdə paylaşan kişilərdə narsizm və aqressivlik əlamətləri də müşahidə olunur.
Xatırladaq ki, ötən il Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlamışdı. Bu psixi pozğunluq "selfitis" olaraq adlandırılır.
Mənbə: ANS PRESS