Faydalı psixoloji məsləhətləri ilə sizləri tanış edirik.
Milli.Az modern.az-a istinadən özümzü başqalarına sevdirməyin yolları barəsində söhbət açır
Sizi yoran bir də bilirsiniz nədir? – onsuz da özünüz bilirsiz. Amma qoyun bir də mən deyim: ətrafınızdakı insanlarla düzgün ünsiyyət qura bilməmək, onu uyğun tərəf müqabilinə çevirə bilməmək və nəticədə ondan aldığınız neqativ enerji. İnkar etməyək, hər birimiz işdə, evdə, çöldə bu cür “neqativ enerji bazarlığına” çıxırıq. Amma inciməyim, bu məqamda “bazar olsun” deməyəcəyik. Neqativ enerjini pozitiv enerjiyə çevirməyin bir yolu isə özümüzü insanlara, ətrafımızdakı “umu-küsü professionallarına” sevdirməkdir. Bunun üçün isə:
1. Qarşınızdakını alqışlayın– ona görə yox ki, o, həqiqətən alqışa layiqdir. Ona görə ki, biz onu alqışlamaqla onu nə vaxtsa qazanacağı əsil alqışlara doğru sürükləyəcəyik. Bu zaman o, sizdən tərif eşidən kimi özünə olan inam hissini və öz əhəmiyyətlilik funksiyasını artırmış olacaq. Soruşa bilərsiniz ki, yaxşı, bu onun üçün çox gözəl, bəs bunun bizə nə xeyri var? Cavabı budur – qarşınızdakı insanı alqışlamaqla onda yığılıb qalan mənfi enerji avtomatik olaraq müsbətləşir. Müsbət enerji bu zaman öz səbəbkarına, yəni, Sizə doğru meyl edəcək. Beləliklə, alqışlayın və başqalarının müsbət enerjisini, müsbət münasibətini həmən özünüzə çəkin. (Amma ona deməyin ki, onu onun üçün yox, məhz özünüz üçün alqışlamısız)
2. Razılaşın- bəli, bəli, onunla razılaşın. İnanın ki, bunu özünüz üçün edirsiniz. Siz onun hər hansı arqumentinə “doğrudur”, “tamamilə haqlısan” deməklə, yaxud sadəcə başınızı yırğalamaqla əslində onun sizə olan yanaşmasını tələnizə salmış olursuniz. Siz razışlaşan kimi o, qarşısında məhz özünü təsdiq etmək üçün ehtiyacı olduğu, gündüz əlində çıraq kimi gəzdiyi SİZi görəcək. Bu hadisə bir neçə dəfə təkrar olunandan sonra o, hətta sizi arzulayacaq. İnsan özü-özünün vurğunudur. O daim onu müsbət qarşılayan adam üçün gəzir. Nəticədə siz nəinki sevilən, hətta arzulanan adam olacaqsınız.
3. Tənqiddən qaçın – bəzən deyirlər ki, tənqiddə inkişaf, tərifdə gerilik var. Bunu aksioma kimi qəbul edir və razılaşırıq. Amma tənqid etməkdən əvvəl haqlı da olsaq belə, qarşımızdakı insanın əhvalına uyğun hərəkət etməyimiz gərəkir. Neqativ enerji ilə yüklənən bir insan o saat bilin ki,öz vicdanının məhkəməsindədir. Keçmiş “ölülələri”, yəni, günahlarını, səhvlərini “qəbir”dən çıxarıb yenidən yerinə qoyur. Amma nə “ölü” dirilir, nə də özü düzəlir. Bir də onu təsəvvür edin ki, bu məqamda siz də onu tənqid edirsiniz.
Əslində tənqid etmirsiniz. Siz bu məqamda bayaqkı “ölülərin” yanına o adamın əhəmiyyətlilik duyğusunu da gömürsünüz. Bundan sizin xəbəriniz olmayacaq. Çünki o binəva özü –öz əhəmiyyət hissini basdıracaq. Niyə belə edək ki? Gəlin bir güllə ilə iki dovşan vuraq. Yəni, onu məqsədli şəkildə tərif edib, heyrətinizi bildirməklə nikbinliyə səsləməməklə dirildin. İçində yatan müsbət “enerji vıbrasiyalarını” tərpədin. İnanın ki, bir qoca insana “maşallah, necə də cavan qalmısız” demək onun içində yatan müsbət enerji dalğalarını hərəkətə gətirməkdir. İndi deyin görək, sizin hərəkətə gətirdiyiniz dalğalar, məhz sizə doğru gələrmi, ya, gəlməzmi?
Mənbə: Milli.Az