Qadin.NET / Məscidlərə hücum başladı

Məscidlərə hücum başladı

 

Məscidlərə hücum başladı

Ötən gün Fransada 12 nəfərin ölümü ilə nəticələnən "Charlie Hebdo" jurnalının redaksiyasına hücumdan bir sutka keçməmiş ölkədəki məscidlər hiddətlənmiş şəxslərin hədəfinə çevrilib. Belə ki, bu gün ölkədəki bir neçə məscidə hücum olub. NS PRESS-in məlumatına görə, bu barədə Frans Press yazıb. 
Le-Man şəhərində naməlum şəxslər məscidin içərisinə 3 əl qumbarası atıblar. Partlayış nəticəsində ibadət ocağının pəncərələri qırılıb. Məscidin divarında da güllə izləri aşkar edilib. 
Daha bir hücum xəbəri isə Por-la-Nuvel şəhərindən gəlib. Bir nəfər şam namazından sonra tapança ilə məscidə hücum edib və bir neçə dəfə atəş açıb. 
Xoşbəxtlikdən hadisələr nəticəsində insan tələfatı qeydə alınmayıb. 
Xatırladaq ki, bu gün səhər saatlarında Vilfranş-syur-Son şəhərində məscidin yaxınlığında yerləşən kababçıda partlayış törədilmişdi. 

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK