Qadin.NET / Azərbaycanda internet partlayışı

Azərbaycanda internet partlayışı

 

Azərbaycanda internet partlayışı

Dekabrda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasında qeyd edilib. 
Belə ki, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3,4 faiz artaraq 145 Gbp/s təşkil edib.
Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3 faiz artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 16,7 faiz artaraq 30 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 40 faiz artıb

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK