Qadin.NET / WhatsApp rekord vurdu

WhatsApp rekord vurdu

 

WhatsApp rekord vurdu

Populyar mesajlaşma proqramı WhatsApp yeni ildə abunəçilərinin sayını 700 milyona çatdırıb. ANS PRESS-in məlumatına görə, bu abunəçilər gündəlik 30 milyard mesajdan istifadə edir. Facebook-un 19 milyard dollara WhatsApp-ı satın almasından sonra mesajlaşma proqramının bir milyard aylıq istifadəçi rəqiminə sosial şəbəkədən daha tez çatacağı gözlənilir. Qeyd edək ki, WhatsApp son olaraq avqust ayında abunəçilərinin sayının 600 milyon olduğuna dair açıqlama vermişdi. 
Altı ay ərzində abunəçilərin sayı 100 milyon artaraq 700 milyona çatıb. Yaxın aylar ərzində artımın daha templə baş verəcəyi gözlənilir.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK