Yerə bənzəyən daha bir planet tapıldı. ANS PRESS-in məlumatına görə, Astronomlar yeni kəşf edilən 8 planetdən birinin dünyaya çox bənzədiyini açıqlayıblar. NASA-nın teleskopu Kepler ilə tapılan Günəş sistemindən kənarda yerləşən planetlərdən üçündə həyat əlamətləri müşahidə edə bildiyini deyib. Həyat əlaməti ola biləcək planetlər Kepler 438b, Kepler 442b və Kepler 440b adlandırılıb.
Ən çox dünyaya bənzəyən isə Kepler 438b-dir. Kepler 438b dünyadan 12 dəfə genişdir. Ulduzuna daha yaxın məsafədə olduğu üçün dünyadan 40 qat daha çox işıq alır.
Yeni planetin səhti dünya ilə müqayisədə daha istidir. Bu planet kənardan baxıldıqda daha qırmızı görünür.
Alimlər planetə dair daha ətraflı məlumat ədlə etməyin çətin olduğunu deyirlər. Çünki planet 475 işıq ili uzaqlıqdadır və tərkibindəki maddələr haqqında hələlik heç bir məlumat yoxdur.
Mənbə: ANS PRESS