Qadin.NET / Yenə qar yağacaq

Yenə qar yağacaq

 

Yenə qar yağacaq

Sabah küləyin mülayimləşəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında əsasən qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi mülayimləşəcək.
Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
Rayonlarda da fasilələrlə yağış, qar yağacaq, gündüz qərb rayonlarından etibarən yağıntı kəsiləcək. Qərb küləyi şərq küləyinə keçəcək.
Temperatur aran rayonlarında gecə 2-7, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.
Xatrıladaq ki, Nazirlikdən bildirilir ki, sabahdan etibarən hava mülayimləşəcək, yağıntıların intensivliyi və küləyin sürəti zəifləyəcək. Yanvarın 9-da gündüz saatlarında respublikanın qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK