Qadin.NET / Bakıda bayraq endirildi

Bakıda bayraq endirildi

 

Bakıda bayraq endirildi

Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. Bu, Parisdə törədilmiş terror aktı ilə əlaqədardır. ANS PRESS-in məlumatına görə, səfirliyin əməkdaşları bu gün Bakı vaxtı ilə saat 15.00-da terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükütlə yad edəcəklər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik jurnalın redaksiyasına edilmiş silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb. 
Fransanın özündə isə üçgünlük matəm elan olunub.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK