Qadin.NET / Fransa ordusu hücuma keçir

Fransa ordusu hücuma keçir

 

Fransa ordusu hücuma keçir

Fransa Hərbi Dəniz Qüvvələri İŞİD-ə qarşı hərəkətə keçir.ANS PRESS-in məlumatına görə, Fransa HDQ-nin aviadaşıyıcı gəmilərini yanvarın 12-də İŞİD terrorçu qruplaşmasına qarşı keçiriləcək hərbi təlimlərdə iştirak etmək üçün Fars körfəzinə göndərəcək.
Yelisey sarayı xəbəri təsdiqləyib: "Şarl de Qoll" hərbi gəmiləri yanvarın 12-də Fars körfəzinə göndəriləcək. 
Fransa prezidenti Fransua Ollandın isə yanvarın 14-də Tulonda yerləşən HDQ-nin bazasına planlaşdırılan səfəri zamanı rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.
Fransa mətbuatı yazır ki, təlimlərdə iştirak edəcək hərbi gəmilər daha sonra İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edəcək.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK