Parisdəki "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum edən üç şəxsdən birinin polisə təslim olmasının təfərrüatları aşkarlanıb.
32 yaşlı Şərif Kuaşi, onun böyük qardaşı, 34 yaşlı Səid Kuaşi və 18 yaşlıHəmid Murad yanvarın 7-də "Charlie Hebdo"nun redaksiyasına hücum ediblər. Səid və Həmid AK-47 avtomatları, Şərif isə qumbaraatanla silahlanmışdı."Allahu Əkbər!", "Peyğəmbərin təhqir olunmasının qisasını alacağıq!" bağıran bu üç şəxs 12 nəfəri qətlə yetiriblər, 10 nəfəri isə yaralayıblar.Onların üçü də Reyms şəhərinin sakinləridir.
Milli.Az iTele-yə istinadən bildirir ki, redaksiyaya hücum edənlər əvvəllər Suriyada "Cəbhət əl Nüsrət" terror qruplaşmasının tərkibində vuruşublar.
Polisə təslim olmuş Həmid Muradın dediyinə görə, o, hücumda iştirak etməyib.
"Hücum olan saatlarda liseydə idim və mənə qarşı irəli sürülən ittihamlar yalandır, əsassızdır. Günahsız olduğumu sübut etmək üçün də polisə təslim oldum", - Həmid Murad bildirib.
"Hücum olan saatlarda liseydə idim və mənə qarşı irəli sürülən ittihamlar yalandır, əsassızdır. Günahsız olduğumu sübut etmək üçün də polisə təslim oldum", - Həmid Murad bildirib.
Fransa DİN-nin xüsusi təyinatlı polis dəstəsi dünən gecə Fransanın Reyms şəhərində əməliyyat keçirib. Polis terrorçuların olduqları deyilən binanı mühasirəyə alsa da, kimsəni tapa bilməyib.
Le Mond isə bildirir ki, Həmid Murad təslim olmayıb, ələ keçirilib.
Polisin Şarlevil-Mezyeredəki əməliyyatı zamanı Həmid Muradla yanaşı, teraktın hazırlanmasında iştirakda şübhəli bilinən 4 nəfər də saxlanılıb.
Paris polisindən verilən məlumata görə, terakt zamanı Həmid Muradın liseydə olduğu ilə bağlı iddiası təsdiqlənib.
NBC News xəbər verir ki, polisin keçirdiyi əməlyyat zamanı Şərif Kuaşinin güllələndiyi vurğulanır.
NBC News xəbər verir ki, polisin keçirdiyi əməlyyat zamanı Şərif Kuaşinin güllələndiyi vurğulanır.
Dünən gecə Fransa polisi Parisin həndəvərlərindəki Pantene və Jenevildəki iki mənzildə axtarış aparıblar. Terrorçular bu mənzillərdən polis axtarışları zamanı gizlənmək üçün ehtiyat variantlar qismində istifadə etmək niyyətində olublar.
"Charlie Hebdo" jurnalının redaksiyasının gülləbaran edilməsi nəticəsində baş redaktor Bernar Mari, karikaturaçı rəssamlar Jorj Volınski, Jan Kabu, Stefan Şarbne, Bernar Velşan qətlə yetiriliblər.
"Charlie Hebdo" jurnalının redaksiyasının gülləbaran edilməsi nəticəsində baş redaktor Bernar Mari, karikaturaçı rəssamlar Jorj Volınski, Jan Kabu, Stefan Şarbne, Bernar Velşan qətlə yetiriliblər.
Mənbə: Milli.Az