Qadin.NET / Ukrayna xalqı məhv ola bilər

Ukrayna xalqı məhv ola bilər

 

Ukrayna xalqı məhv ola bilər

Moskva və bütün Rusiya patriarxı Kiril Ukraynada vətəndaş müharibəsinin dövlətlə yanaşı xalqın da məhv olmasına gətirib çıxaracığını deyib.ANS PRESS-in məlumatına görə, Kiril bu barədə Milad bayramı ilə bağlı ənənəvi müsahibəsində deyib.
"Bu gün qardaş və mənim ürəyimə yaxın Ukraynada baş verənlər bu xalqın real bölünməsidir. Tanrı deyir ki, özü özünü parçalayan çarlıq çox tab gətirməyəcək. Demokratiya üçün mübarizədə insanların bir qrupu başqalarını öz hüquqlarından praktik olaraq məhrum edir, bir siyasi doktrina haqlı olduğunu sübut etmək üçün silah istifadə edir. Bax bu, demokratiya deyil. Allah bu fikirləri Ukrayna rəhbərlərinin və bütün Ukrayna cəmiyyətinin şüuruna yeritsin", - deyə Kiril bildirib.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK