ABŞ prezidenti Barak Obama “Charlie Hebdo” jurnalında edilən hücumla bağlı sərt bəyanat verib.
ANS PRESS-in məlumatına görə, Obama 12 nəfərin ölümünə səbəb olan terrorçulara qarşı mübarizədə Fransa ilə birgə olacağını bəyan edib: “Parisdə "Charlie Hebdo” dərgisinin ofisində 12 adamın ölümü ilə nəticələnmiş dəhşətli atışmanı qınayıram. Bu ağır gündə fikirlərimiz və dualarımız terror hücumunun qurbanları və Fransa xalqı ilədir".
Amerikanın ən yaxın müttəfiqlərindən biri olan Fransa bizim və dünyanın təhlükəsizliyinə hədə təşkil edən terrorçulara qarşı mübarizədə Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanıb. Fransa xalqı dəfələrlə xalqlarımızın nəsillər boyu qoruduğu universal dəyərlərin müdafiəsinə qalxıb”.
ABŞ prezidenti Birləşmiş Ştatlar rəsmilərinin Fransa rəsmiləri ilə əlaqə saxladığını və öz administrasiyasına terrorçuların ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər hansı bir yardımın edilməsinə dair göstəriş verdiyini bəyan edib.
Mənbə: ANS PRESS