Qadin.NET / Millimizin ən yaxşısı müəyyənləşdi

Millimizin ən yaxşısı müəyyənləşdi

 

Millimizin ən yaxşısı müəyyənləşdi

Valentin Qranatkinin xatirə turnirində bu gün Sankt-Peterburqa qarşı keçirilmiş oyunda milli komandamızın ən yaxşı futbolçusu müəyyənləşib. 
ANS PRESS-in məlumatına görə,milimizin 2:4 hesabıyla uduzduğu görüşdəki ən yaxşısı yarımmüdafiəçi Yusif Nəbiyev olub. Sankt-Peterburq yığmasında isə İlya İvanov fərqlənib.
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələyə start verilib.Yarışda iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması da növbəti matçını keçirib.
1-6-cı yerlər uğrunda mübarizə aparan millimiz H qrupundakı ilk görüşündə Sankt-Peterburq komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Mahir Mədətovla İlkin Sadıqov fərqlənib.
Qeyd edək ki, Nikolay Adamın başçılıq etdiyi yığmamız 1-ci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiyanın ikinci yığmasınl 4:2 hesabı ilə məğlub edib. Millimizin ikinci qrup mərhələsindəki növbəti rəqibi Cənubi Koreya olacaq.
Mənbə: ANS PRESS

 

8 yanvar 2015
GO BACK