Qadin.NET / Ən böyük zərbə müsəlmana oldu

Ən böyük zərbə müsəlmana oldu

 

Ən böyük zərbə müsəlmana oldu

Azərbaycan Milli Məclisinin millət vəkili Qənirə Paşayeva Fransanın paytaxtı Parisdə baş vermiş terror hadisəsini pisləyən bəyanatla çıxış edib. ANS PRESS-in məlumatına görə, facebook səhifəsində müsəlmanların peyğəmbərinin təhqir olunmasına bu cür cavab vermənin doğru olmadığını bildirən millət vəkili qeyd edib ki, baş verənlər bütün müsəlmanların mövqeyi deyil. 
“1.5 milyarddan artıq müsəlmanın Peyğəmbərinin gülüş hədəfinə çevrilməsini müsəlmanların hamısı qınadığı kimi, bu addıma cavabı olaraq Parisdə silahlı terror törədilməsini, insanların qətlə yetirilməsini də müsəlmanların əksəriyyəti qınayır və hamısı qınamalıdır. Amma bur qrup cahil terrorçunun törətdiyi cinayətə görə bütün müsəlmanları təhqir edən, hədəf alan, terrorçu adlandıranları, bütün media qurumlarını İslam Peyğəmbərinin karikaturasını yaymağa çağıranları, vəziyyəti daha da gərginləşdirmək istəyən bir sıra siyasətçilər, partiya və mətbuat və media qurumlarını da dinindən asılı olmayaraq hər kəs qınamalıdır. Bu terror hadisəsini, cinayəti törədənlər onsuz da ən böyük zərbəni elə müsəlman dünyasına vurdular və müsəlmanların əksəriyyəti bunu kəskin qınayır və törədənlərin də ən sərt cəza almasını dəstəkləyir. Məsələ Azərbaycan bir müsəlman ölkəsi olmasına baxmayaraq cənab Prezidentimiz İlham Əliyev başda olmaqla hər bir azərbaycanlı bu terror hadisəsini qınayır amma biz bundan istifadə edib bütün müsəlman dünyasını təhqir, həqarət edən, aşağılayan, hədəf göstərənləri də qınayırıq. Belə addımlara və açıqlamalara əl atanlar bilməlidirlər ki, bu bütün dünyada gərginliyi sadəcə daha da artıra bilər”.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK