Qadin.NET / “Twitter”də dəhşətli heşteq

“Twitter”də dəhşətli heşteq

 

“Twitter”də dəhşətli heşteq

Fransanın paytaxtı Parisdə 12 karikaturaçının ölümü ilə nəticələnən terror hücumundan sonra mötədil müsəlmanlar da təhrik edici virtual hücuma məruz qalıblar. ANS PRESS-in məlumatına görə, tvitter mikrobloqunda “killallmuslims” (Müsəlmanları öldürün) heşteqi ilə müsəlmanlara qarşı nifrət aşılayan minlərlə ismarış yayılıb. Tamamilə təxribat məqsədli yayılmış heşteq 15 dəqiqəyə yaxın tvitterin efirində qalıb. Bir müddət sonra müsəlmanların da etiraz ismarışlarından sonra tvitter rəhbərliyi bu heşteqlə yazılmış ismarışları silib. 
Mənbə: ANS PRESS

 

8 yanvar 2015
GO BACK