Qadin.NET / Bu ölkələrə uçuşlar dayandırıldı

Bu ölkələrə uçuşlar dayandırıldı

 

Bu ölkələrə uçuşlar dayandırıldı

Əlverişsiz hava şəraiti səbəbindən Türkiyə dövlət konserni “Türk Hava Yolları” (THY) aviaşirkəti bəzi uçuşları ləğv edib. ANS PRESS-in məlumatına görə, THY-nin bu günə nəzərdə tutulmuş 18 daxili, 5 xarici uçuşu qarşılıqlı olaraq dayandırılıb. 
Qurumun rəsmi internet saytının yaydığı məlumata görə, THY-nin “Atatürk” hava limanından Ankara, Denizli, Kayseri, Malatya, Adıyaman, Konya, Erzincan, Mardin, Adana, Alanya, İzmir, Nevşehirə nəzərdə tutulan daxili uçuşları qarşılıqlı olaraq dayandırılıb. 
Həmçinin, xarici reyslərlə Brüssel, Tiblisi, Skope (Üsküp), Selanik və Aşqabada nəzərdə tutulan uçuşlar qarşılıqlı olaraq dayandırılıb. 
Bundan başqa “Atatürk” hava limanından Budapeşt ilə Priştina səfəri, habelə Tel Əvivdən İstanbula 2, Paris və Vyanadan İstanbula 1 səfər ləğv olunub. 

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK