Qadin.NET / Neft daha da ucuzlaşacaq

Neft daha da ucuzlaşacaq

 

Neft daha da ucuzlaşacaq

Brent markalı neftin qiyməti 2009-cu ilin may ayından bəri ilk dəfədir ki, 50 dollardan aşağı düşüb.
Çərşənbə günü səhər saatlarında neftin bir barelə qiyməti 49,92 dollar olub, az sonra isə 50 dollar səviyyəsindən yuxarı qalxıb. ABŞ-da satılan “West Texas Intermediate” markalı neftin qiyməti isə artıq 50 dollar həddindən aşağı düşüb.
Qlobal inkişaf sürətinin azalması və neft və qazın təchizatında artım nəticəsində son həftələr ərzində qiymətlər kəskin surətdə azalıb.
Təhlilçilər neftin qiymətinin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar: Şimali Amerikada şist neftinin və qazının təchizatı artır, OPEC isə qiymətləri sabitləşdirmək üçün hasilatı azalmaq çağırışlarına qarşı çıxır.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK