London Universitetinin alimlərinin apardıqları araşdırma göstərib ki, uşaq cizgi filmləri heç də məsum deyil. Bu cür cizgi filmlərin qəhrəmanları böyüklər üçün nəzərdə tutulan filmlərlə müqayisədə daha çox ölürlər.Araşdırmaya 1937-ci ildən (Ağca xanım) 2013-cü ilə qədər (Soyuq ürəklər) çəkilən cizgi filmlərini daxil ediblər.
Cizgi filmlərindəki zorakılıq səviyyəsi araşdırılıb. Məlum olub ki, bu filmlərin qəhrəmanları əksər hallarda ölür. Bundan başqa, baş qəhrəmanların valideyinləri də tez-tez ölürlər. Misal üçün, "Nemonun axtarışında" cizgi filminin 4-cü dəqiqəsində yırtıcı balıqlar Nemonun anasını yeyirlər. Tarzan cizgi filminin isə 4-cü dəqiqəsində Tarzanın valideyinləri leopardı öldürürlər.
Alimlər valideyinləri uşaqlar üçün cizgi filmi seçimi edərkən diqqətli olmağa çağırırlar.
Mənbə: Milli.Az