Qadin.NET / Fransada matəm elan edilib

Fransada matəm elan edilib

 

 

Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram. Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, deyə F.Olland bildirib.Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Mənbə: Milli.Az

8 yanvar 2015
GO BACK