Qadin.NET / Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

 

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 10:44-də Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb. Təkanlar yerin 10 km dərinliyində, 3,5 bal gücünsə qeydə alınıb. 
Zəlzələ hiss olunmayıb. 
Qeyd edək ki, Azərbaycanda son bir neçə gündə ardıcıl olaraq yeraltı təkanlar baş verib. Dünən yerli vaxtla saat 19:30-da mərkəzi Xəzərdə zəlzələ qeydə alınıb. Dənizdə 50 km dərinlikdə baş verən təkanın maqnitudası 3,5 bal gücündə olub. 2015-ci ilin ilk günündə də ardıcıl olaraq iki zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən verdiyi məlumata görə, birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.
İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.

Mənbə: ANS PRESS

 

7 yanvar 2015
GO BACK