İstanbulda yağan güclü qar Bakı ilə İstanbul arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib.
Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Aeroportdan qeyd ediblər ki, bu gün Bakı-İstanbul marşrutu üzrə bütün səhər aviareysləri yola salınıb: “Bu gün həmin istiqamətdə və əksinə reyslərin təxirə salınması gözlənilmir, adətən bu barədə əvvəlcədən elan edilir”.
Yanvarın 6-da "Türk Hava Yolları" aviaşirkəti ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb. Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar olub.
Mənbə: Milli.Az