Qadin.NET / Yeni MacBook gəlir

Yeni MacBook gəlir

 

 

ABŞ-ın Apple korporasiyası dünyaca məşhur, populyar MacBook Air noutbukunun yeni versiyasını hazırlayır.Milli.Az Mashable-a istinadən bildirir ki, indi satışda olan, ekranı 13 düymlük MacBook Air-lərdən fərqli olaraq yeni modelin ekranı 12 düym olacaq. Noutbukun Unibody korpusu zahirən 12 düymlük PowerBook-a bənzəyəcək. Apple-in yeni modelində klaviatura sahəsi genişlənib. Düymələrin kompanovkası da fərqlilir: ayrı-ayrı düymələr arasındakı məsafə kiçilib.Yeni, 12 düymlük MacBoook Airbook 11 düymlük modellə müqayisədə daha nazikdir və bu səbəbdən də Apple korporasiyası yeni modelini MacBook Stealth adlandırıb.Korpusu daha yüngül və nazik etmək üçün Apple korporasiyası noutbukda hazırda mövcud olan portların hamısından imtina edib. Bu il satışa çıxarılacaq MacBook Stealth-də yalnız 2 port var. Onlar korpusun bir tərəfində qulaqcıqlar üçün yer, digər tərəfdə isə USB Type-C portudur. MagSafe, Thunderbolt Display, tam ölçülü USB və yaddaş kartı üçün slot unutmaq gərəkdir.Yeni noutbukun displeyinin Retina olacağı gözlənilir.
Mənbə: Milli.Az
7 yanvar 2015
GO BACK