Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azər Tac-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir 18-20 m/s-yə çatacaq. Temperatur gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Axşam havanın kəskin dəyişiləcəyi, şimal-qərb küləyinin gecəyə doğru 28-33 m/s-dək güclənəcəyi, temperaturun 1-3° isti təşkil edəcəyi gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək.
Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Günün ikinci yarısında şimal-qərb küləyi arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 6°-dək şaxta, gündüz 10-15° isti, axşam 5-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti, axşam 5-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər duman, çiskin olacaq. Günün ikinci yarısından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-3° isti, gündüz 10-15° isti, axşam 5-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyinin əsəcəyi, arabir 25-28 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə 30 m/s-yə çatacağı gözlənilir. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 8-13° isti, axşam 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşam saatlarından başlayaraq bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az