Türkiyənin bir çox bölgələrində qeyri-sabit soyuq hava şəraiti müşahidə olunur.Milli.Az anspress-ə istinadən bildirir ki, paytaxt Ankaraya daxil olan çovğun şəhərin əksər hissəsini qar təbəqəsi ilə örtüb. Qarşıdakı günlərdə temperaturun mənfi 17 dərəcəyə qədər düşəcəyi istisna edilmir.Şaxtalı hava ilə əlaqədar ölkənin əksər şəhər və kənd məktəblərində qısa müddətli tətil elan olunub.Bu arada Adanada əyalətində isə bölgəyə daxil olan güclü qasırğa 1911-ci ildə inşa edilmiş Ulu Cami məscidinin minarəsini uçurub. Həmin vaxt məsciddə kimsə olmadığından, ölən və ya yaralanan olmayıb.
Caminin imamı günorta namazının azanını dağıntılar üzərinə çıxaraq oxumaq məcburiyyətində qalıb. Adanada iki gün əvvəl başlayan və bu gün də davam edən yağışlı hava, qasırğa ilə birləşincə, əyalətdəki həyatı iflic edib.
Mənbə: Milli.Az